Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi jurnalistlərə müsahibəsində üç ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində nüvə məsələsi və sanksiyaların ləğvi ilə bağlı inkişafların müzakirə olunduğu İran-Çin-Rusiya üçtərəfli iclasının bu həftənin cümə günü Pekində keçiriləcəyini açıqlayıb.
Bəqayinin sözlərinə görə, İran İslam Respublikasının müxtəlif tərəflərlə davamlı məsləhətləşmələri çərçivəsində planlaşdırılan bu danışıqlarda üç ölkəni maraqlandıran digər mövzular, o cümlədən regional və beynəlxalq hadisələr, həmçinin BRİKS və Şanxay formatında əməkdaşlıqla bağlı mövzular müzakirə olunacaq və fikir mübadiləsi aparılacaq.
Sizin rəyiniz